Cəmiyyət

Füzuli Adıgözəlova bəraət verilməsi ilə bağlı hökmdən protest verildi

Bəzi sosial media səhifələrində “Güllübulaq” MMC-nin təsisçisi və faktiki rəhbəri olmuş Füzuli Adıgözəlov barəsində Bakı Apellyasiya Məhkəməsi tərəfindən bəraət hökmünün çıxarılması barədə məlumat yayılıb.

“Unikal” xəbər verir ki, Füzuli Adıgözəlovun Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri təqsirləndirilməsi barədə cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilərək məhkəməyə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Adıgözəlov təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Bakı Apellyasiya Məhkəməsi tərəfindən F.Adıgözəlov barəsində bəraət hökmü çıxarılaraq məhkəmə iclas zalında həbsdən azad edilib.

Aprelin 27-də bəraət hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər