Cəmiyyət

Havanın temperaturu enəcək, yüksək dağlıq ərazilərə qar yağacaq

Aprelin 30-u axşamdan mayın 2-səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı, mayın 1-i səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 28 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq mayın 4-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi əsəcək, sürəti arabir saniyədə 15-20 metr olacaq, mayın 1-də bəzi yerlərdə arabir 23-28 metrədək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi gözlənilir.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər