Dünya

“Hazırda Sudanda münaqişələr davam edir” – BMT

“Sudanda atəşkəsə əməl olunmaması həmin ölkənin xalqı üçün dağıdıcı və faciəlidir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlaması zamanı bildirib.

“Sudan xalqının yanında olmağa davam edirik. Əlbəttə ki, ilk addım atəşkəsdir. Bizdə olan məlumata görə, hazırda münaqişələr davam edir və bu, təbii olaraq humanitar yardım çatdırma qabiliyyətimizə təsir edir. BMT Təhlükəsizlik Şurasında bəyan edildiyi kimi, bu münaqişədə iştirak edən liderlər Sudan xalqının mənafeyini öz şəxsi maraqlarından üstün tutur”, – deyə Dujarrik vurğulayıb.

Qeyd edək ki, aprelin 15-dən Sudan ordusu ilə ölkənin xüsusi təyinatlı qüvvələri arasında toqquşmalar başlayıb. Toqquşmalar nəticəsində 500-dən çox insan həyatını itirib, ən azı 4000 nəfər yaralanıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin