Yevlax Şəhər İcra Hakimiyyəti 28 may Müstəqillik Gününün keçirilməsi ilə bağlı elan kotirovka soruğusuna yekun vurub.
Qaynarinfo xəbər verir ki, sorğunun qalibi “ELVİ.M.M. SERVİCES GROUP” MMC olub.
İcra Hakimiyyəti ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 26.137 AZN təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, 11 noyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 834 127 AZN olan şirkətin hüquqi ünvanı Bərdə rayonu, Bərdə şəhəri, Nizami küçəsi, ev 115-də yelrəşir. MMC-nin qanuni təmsilçisi İsgəndərov Coşqun Fəxrəddin oğludur.
Açıq mənbələrdə şirkət barəsində heç bir məlumat yoxdur. Şirkətin nə veb-səhifəsi, nə də əlaqə telefonları var. Araşdrımalarımız zamanı Coşqun İsgəndərov barəsində də hər hansı məlumat tapmaq mümkün olmayıb.
Yevlax Şəhər İcra Hakimiyyətinin keçirdiyi sorğunun şrətlərindən məlum olur ki, 28 may Müstəqllik Günü mayın 28, 29, 30 və 31-də keçiriləcək.