Dünya

İranda hicaba görə mağazalar bağlanır

İranda məcburi hicab qanununa əməl etməyənlərin müxtəlif formalarda cəzalandırılmasına start verilib. 

Qaynarinfo xəbər verir ki, 22 yaşlı Məhsa Əminin ölümündən sonra İranda məcburi hicab qanununa əməl etməyənlərin sayı əhəmiyyətli dərəcədə artmışdı. 

Məhsa Əminin ölümünə etiraz olaraq keçirilən aksiyalara zorakı müdaxilə, həbslər, edamlar ilə belə, hicab taxmayanların ram edilməsi mümkün olmamışdı. 

Hətta əxlaq polisinin ləğv edildiyi barədə məlumatlar yayılmışdı. Lakin sonradan bəlli oldu ki, əxlaq polisinin ləğvi ilə bağlı iddialar hökumət mətbəxindən dövriyyəyə buraxılıb. Məqsəd isə etirazları səngitmək olub.

Bundan sonra teokratik rejim məcburi hicab qanununa əməl etməyənlərin cəzalandırılması üçün müxtəlif üsullardan istifadə etməyə başladı. Söhbət hicab taxmayanlara kredit verilməməsi, dövlət qurumlarının inzibati binalarına buraxılmaması və s. bu kimi cəzalardan gedir.  

Artıq İran hakimiyyəti ictimai-iaşə və ticarət obyektlərinə də nəzarəti gücləndirməyə başlayıb. Obyektlərə hicabsız daxil olan qadınlar oradan çıxarılır, məkan isə qapadılır. 

Son bir neçə gündə İranın müxtəlif şəhərlərində fəaliyyət göstərən onlarla obyekdə reyd keçirilib və onların fəaliyyəti dayandırılıb. 

İranlı fəallar bildirir ki, hökumətin bu addımı iqtisadiyyata təsirsiz ötüşməyəcək. Onsuz da ölkədə sosial-iqtisadi vəziyyət ürəkaçan deyil. Belə bir vaxtda obyektlərin bağlanması həm işsizlərin sayını artıracaq, həm də başqa iqtisadi-sosial fəsadlara səbəb ola bilər. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin