Cəmiyyət

“OBA” “Global HR SUMMIT 2023”ə tərəfdaş oldu (FOTOLAR)

Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi Bakıda ilk dəfə yerli və qlobal şirkətlərin baş icraçı direktorları, insan resursları peşəkarları, dövlət qurumlarının rəsmiləri və sahibkarların iştirakı ilə keçirilən “Global HR SUMMIT 2023”ə tərəfdaş olub. 

Qaynarinfo xəbər verir ki, Sammit ötən həftə Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə baş tutub. 

Tədbirdə yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə baş direktorları, dünyanın aparıcı konsaltinq şirkətlərinin rəhbərləri, dövlət qurumlarının vəzifəli şəxsləri ilk dəfə vahid platformada insan resurslarının idarə olunması sahəsində baş verən son yeniliklər və gələcək gözləntilərdən bəhs ediblər.

Tədbir iştirakçıları layiqli əmək və ümumdünya insan resurslarının gücləndirilməsi, rəqəmsal insan resursları və süni intellekt, rəhbərlərin strateji insan resursları perspektivləri və s. maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olublar.

Tədbirdə “OBA” marketlər şəbəkəsinin stendi yerləşdirilib və şirkətin fəaliyyəti ilə bağlı qonaqlara məlumat verilib. 

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur. Həmçinin, hər il çox sayda iş yeri açaraq yüzlərlə vətəndaşa iş imkanı yaradır.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər