Dünya

Putin Rusiya neftinin “dost ölkələr” üçün satışındakı qiymət tavanını ləğv etdi

Rusiya prezidenti Vladimir Putin Rusiya neftinin dost ölkələrə satışında qiymət tavanının ləğvi haqqında fərman imzalayıb.

“Unikal” xəbər verir ki, Ukraynaya hücumlarına görə Qərb dövlətlərinin sanksiyalarına məruz qalan Rusiyadan yeni addım atılıb . Rusiya prezidenti Vladimir Putin Rusiya neftinin “dost ölkələrə” satışında qiymət tavanının ləğvi haqqında fərman imzalayıb.

Avropa İttifaqı (Aİ) ölkələri ötən ilin dekabrında Rusiya neftinin tavan qiymətini tətbiq edərək, Rusiya neftinin bir barelini 60 dollar səviyyəsində müəyyən ediblər. Rusiya prezidenti Putin isə 2022-ci il dekabrın 27-də AB-nin Rusiyaya tətbiq etdiyi qiymət limitində iştirak edən ölkələrə Rusiya neftinin satışını qadağan edən fərman imzalayıb. Putin fərmanı dəyişərək, “dost ölkələri” bu kateqoriyadan çıxarıb. Yeni düzəlişlə Rusiya nefti Aİ-nin tətbiq etdiyi tavan qiymət çərçivəsində dost ölkələrə tədarük edilə bilər.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin