Barbadoslu müğənni Rihanna “Şirinlər” haqqında yeni animasiya layihəsində “Smurfette” adlı personajı səsləndirəcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müğənni eyni zamanda cizgi filminin sauntrekini də yazacaq.
“Animasiya filminin yaradılmasında iştirak etmək mənim üçün əyləncəli bir macəra idi… Mən fantaziyamı işə salmalı, üçüncü trimestrdə pijamamda görünməli və mavi zolaqlara çevrilməliydim”, – deyə ifaçı bildirib.
Rejissor Kris Miller və Mett Lendonun çəkdiyi filmin buraxılışı 14 fevral 2025-ci il tarixinə planlaşdırılır.