Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Vaqarşak Arutyunyanla görüşüb.
“Unikal” xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, Rusiya tərəflərlə ayrı-ayrı görüşlər keçirib: “Laçına gedən yolda vəziyyətin inkişafı müzakirə olunub. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı əldə etdikləri bütün razılaşmalar kompleksinə ciddi əməl olunmasının vacibliyi təsdiqlənib”.