Kriminal

Yevlaxda 1 ayda narkotikə görə 16 nəfər tutuldu

Yevlax rayonunda aprel ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 16 nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan “Unikal”a verilən xəbərə görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarınıın rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat tədbirləri aprel ayı ərzində də qətiyyətlə davam etdirilib. Bu əməliyyatlar zamanı Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən 16 nəfər müəyyən edilərək istintaqa təhvil verilib, onlardan 8 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslərdən heroin, metamfetamin və marixuana kimi narkotik vasitələr aşkar edilərək götürülüb. Bu tədbirlər zamanı 3 kiloqrama yaxın sadalanan narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması təmin edilib. Həmçinin saxlanılan şəxslərdən bir neçəsinin oğurluq əməlləri törətdiyi də müəyyən olunub. Oğurlanan əşyalar da aşkarlanaraq öz sahiblərinə geri qaytarılıb.

Yevlax rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər polis əməkdaşları tərəfindən davam etdirilir.

0
0

Həmçinin baxa bilərsiniz

Kriminal

Olimpiya çempionunun məhkəməsində şahid: “Ərim yalan ifadə verməyim üçün mənə hədə-qorxu gəldi”

  • 26 Aprel 2023 - 14:53
Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə
Kriminal

Prokuror FHN-də intim videolar çəkən polkovnikə cəza istədi

  • 26 Aprel 2023 - 16:33
Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin