27 ildir evli olan və daima haqlarında nümunəvi cütlük kimi bəhs edilən aktyor Mehmet Aslantuğla aktrisa Arzum Onanın ayrılmaları barədə məlumatlar yayılıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aralarında problemlər olan ikili boşanmaq üçün məhkəməyə müraciət edib.
Məşhur cütlüyün ayrı qaldığı, Arzum Onanın Göktürkdə yaşadığı bildirilir. Məhkəmə boşanma tarixini aprelin əvvəlinə təyin etsə də, iddialara görə, Aslantuğ həyat yoldaşına təzyiq edərək tarixi təxirə saldıra bilib. Belə ki, boşanma tarixi mayın 29-na təyin edilib.
Qeyd edək ki, cütlük 1996-cı ildə ailə qurub, Can adlı oğulları var.




