Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura start veriləcək.
Qaynarinfo-nun məlumatına görə turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Sumqayıt” Qəbələdə “Kəpəz”in qonağı olacaq. İki komanda indiyədək ölkə çempionatında 23 dəfə üz-üzə gəlib. Bunların 6-da “Kəpəz”, 9-da “Sumqayıt”ın qələbəyə sevinib. Top fərqində sumqayıtlıların üstünlüyü nəzərə çarpır – 30:24. Samir Abasovun komandası son iki matçda qol vurub. Gəncə təmsilçisi isə son üç ev qarşılaşmasında qalib gəlməyib.
Günün digər oyununda “Sabah” evdə “Şamaxı” ilə qarşılaşacaq. Tərəflər ölkə çempionatlarında indiyə qədərə 17 dəfə üz-üzə gəlib. Bunların 5-də “Sabah”, 6-da “Şamaxı” qələbə qazanıb. Qalan 6 oyunda heç-heçə qeydə alınıb. Top fərqində isə bölgə təmsilçisi üstündür – 19:17. “Şamaxı” bütün səfər oyunlarında fərqlənib. “Sabah” 6 matçdır meydanı qolsuz tərk etmir.
Azərbaycan Premyer Liqası, 32-ci tur
29 aprel (şənbə)
16:00. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Nicat İsmayıllı
VAR hakimləri: Elçin Məsiyev, Müslüm Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu.
18:30. “Sabah” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Teymur Teymurov, Rəvan Həmzəzadə
VAR hakimləri: Rəşad Əhmədov, Kamran Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Bank Respublika Arena”.
“Qarabağ” – 78, “Sabah” – 71, “Neftçi” – 61, “Qəbələ” – 45, “Zirə” – 42, “Turan Tovuz” – 29, “Kəpəz” – 29, “Sumqayıt” – 25, “Şamaxı” – 23, “Səbail” – 22