İqtisadiyyat

“Dəmir Yolların”a işə qəbulda imtahan müəmması

“Azərbaycan Dəmir Yolları” QSC-də yaranan vakansiyalar üzrə keçirilən test imtahanlarında müəmmalı hallar yaşanır.

Qaynarinfo-ya daxil olan məlumata görə, QSC-nin keçirdiyi vakansiya üzrə test imtahanlarını uğurla başa vuran şəxslərə işləyib-işləməmələri ilə bağlı heç bir cavab verilmir. 

Bu barədə QSC-nin ünvanına da çoxlu müraciətlər daxil olur. 

Muxtar ismayılov adlı şəxs “Azərbaycan Dəmir Yolları” QSC-də 3 ay öncə mühəndislik vakansiyası üzrə keçirilən test imtahanına çağırılıb. İmtahanı ugurla başa vursa da, ona bu aylar ərzində hər hansı bir xəbərdaredici məlumat gəlməyib.

Muxtar İsmayılov qurumun “Facebook” səhifəsinə yazaraq, bu barədə öz narazılığını belə ifadə edib: “Belə çıxır ki, formal imtahan vermişəm. Xahiş edirəm bu məsələ aydınlaşdırılsın”.

Xəbəri dəqiqləşdirmək üçün “Azərbaycan Dövlət Dəmir Yolları”nın mətbuat xidmətinin rəhbəri Sənubər Nəzərova ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərinə cavab vermədi.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovdur. Onun qardaşı Heydər Mürvət oğlu Rüstəmov isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədrinin müavinidir.

0
0

Həmçinin baxa bilərsiniz

İqtisadiyyat

Ərdoğan: “Faizlə bərabər, inflyasiyanın da azalacağını görəcəksiniz”

  • 21 Aprel 2023 - 20:46
“Bu ilin sonuna kimi inflyasiya problemini nəzarət altına alacağıq və gələn il də həll etmiş olacağıq”. Bu sözləri Türkiyə Prezidenti
İqtisadiyyat

Büdcəyə edilən dəyişikliklərdən sonra hansı xərclər artırılacaq? – AÇIQLAMA

  • 23 Aprel 2023 - 16:14
“Bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradıb”.