Siyasət

“Ekofəllarımız böyük uğur qazandılar” – Ekspert

“Ekofəalların keçirdiyi aksiya sübuta yetirdi ki, Azərbaycan cəmiyyəti ərazilərimizin işğal olunmasına, işğalçıların qanunsuz fəaliyyətə, xaricdən silah-sursat, terrorçu göndirilməsinə biganə deyil”. 

Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli ekofəalların Laçın-Xankəndi yolunda 138 gündür davam edən aksiyanın dayandırılması fonunda onun nəticələrini şərh edərkən deyib:

“Yəni, vətəndaş cəmiyyəti özü artıq bu hallara qarşı etiraz edir. Aksiyanın nəticəsi də göz qabağındadır. Azərbaycan Ermənistanla sərhəddə, Laçın yolunun başlanğıcında öz nəzarət-buraxılış məntəqəsini qurdu. Beləliklə, Azərbaycan artıq bir dövlət olaraq həmin ərazidə nəzarəti öz üzərinə götürdü. Bu da keçirilən aksiyanın təsiri nəticəsində baş verdi. Çünki yola nəzarət aksiyanın məqsədlərindən biri idi. Yola nəzarətin həyata keçməsilə Azərbaycan ərazisindəki yataqların qanunsuz istismarı, ekologiyaya ziyan vurulması kimi hallara da son qoyuldu. Aksiya iştirakçıları bu məqsədə də nail oldular. Bütövlükdə aksiya Azərbaycan üçün çox uğurlu oldu”. 

Qeyd edək ki, Laçın-Xankəndi yolunda Azərbaycan ərazisindəki yataqların qanunsuz istismarına qarşı ekofəalların keçirdiyi aksiya aprelin 28-də müvəqqəti olaraq dayandırılıb. Bu barədə aksiya iştirakçıları qərar qəbul ediblər. 

Xatırladaq ki, onların aksiyası 2022-ci ilin dekabrın 11-dən başlayaraq düz 138 gün davam edib.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,