İdman

Məşhur pilotlar Bakıda azarkeşlərlə görüşüblər – FOTOREPORTAJ

“Formula-1” üzrə dünya çempionatında çıxış edən “Ferrari” pilotları Şarl Lekler və Karlos Sayns Azərbaycan Qran-prisi ərəfəsində fanatları ilə görüşüblər.

“Report”un məlumatına görə, sürücülərlə azarkeş zonasındakı görüşdə yüzlərlə tərəfdar iştirak edib.

Məşhur idmançılar bu görüşün onlar üçün xoş olduğunu söyləyiblər. Pilotlar daha sonra azarkeşlərə avtoqraf veriblər.

Qeyd edək ki, bu gün “Formula-1”də sprint yarışı təşkil olunacaq. Ötən gün Şarl Lekler sıralama turunda birinci olub.

Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata