“Müharibə haqqında filmlər hazırlayan ssenarist və rejissorlara müraciət edilib”.
Oxu.Az xəbər verir ki, bunu QHT nümayəndələrinin iştirakı ilə mina terroru ilə bağlı keçirilən müzakirə zamanı Elmi Araşdırmalar İctimai Birliyinin sədri Telman Qasımov deyib.
O bildirib ki, müharibə mövzusunda film çəkilişləri zamanı bir çox məqama diqqət edilməlidir:
“Bəzən film çəkilişləri zamanı yanlış mesajlar ötürülür. Mina təhlükəsinə qarşı davranış qaydalarına diqqət edilmir. Aktyorların minanın üzərinə çıxması, onunla ehtiyatsız davranması filmlərdə əks edilir. Yəni, hərbçi rolunda çıxış edən aktyor ssenariyə görə minanın üzərinə çıxır, gözləyir ki, digər hərbçilər gəlib, onu xilas etsin. Əslində isə bütün növ minaların üzərinə çıxmağın sonu birmənalı olaraq ölümdür. Belə kadrlarla insanlara yanlış mesaj vermək olmaz”.