İdman

Azərbaycanın beş güləşçisi Qazaxıstanda keçirilən beynəlxalq turnirdə medal qazanıb

17 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan yığması Qazaxıstanın Atırau şəhərində keçirilən beynəlxalq turnirdə beş medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında millinin heyətində Yusif Dursunov (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.

Eltun Mamedov (45 kq) gümüş, Bəşir Verdiyev (51 kq), İsmayıl Rəhimli (71 kq) və Səid Paşayev (92 kq) isə bürünc medal qazanıblar.

Azərbaycan yığması komanda hesabında üçüncü yeri tutub.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata