26.04.2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi 2 ünvanın qarşısında naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Həsənova Eliza Oruc qızının idarə etdiyi mopeddən yıxılaraq qapalı kəllə-beyin travması alıb.
“Unikal”ın məlumatına görə, o, 2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilməsi faktına görə 29.04.2023-cü il tarixdə RPİ-də Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə 230110250 cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
30.04.2023-cü il tarixdə saat 18 radələrində zərər çəkmiş şəxs E.Həsənova hadisə zamanı almış olduğu xəsarətlərdən müalicə olunduğu xəstəxanada öldüyündən cinayət işi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə tövsif edilmiş, meyit müayinə olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Xətai rayon şöbəsinə göndərilmişdir.
Hazırda istintaq davam etdirilir, nəticəsi barədə əlavə məlumat veriləcəkdir.