İdman

Premyer Liqa: “Qəbələ” autsayder üzərində qələbə qazandı

Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

Qaynarinfo-nun məlumatına görə, 4 gün öncə ölkə kubokunun yarımfinal mərhələsinin cavab matçında üz-üzə gələn “Qəbələ” və “Səbail” komandalar bu dəfə çempionat görüşündə qarşılaşıblar. “Qırmızı-qaralar” doğma meydanda rəqibinə 4:2 hesabı ilə qalib gəlib.

Matçda ilk qolu meydan sahibləri vurublar. 32-ci dəqiqədə Ramon Maçado komandasını önə çıxarıb. 37-ci dəqiqədə “Qəbələ” yenidən rəqibini meydanın mərkəzinə dəvət edib. Bu dəfə Petro Stasyuk avtoqol müəllifi olub. 49-cu dəqiqədə Əyyub Allaş 3-cü topu “dənizçilər”in qapısından keçirib. 69-cu dəqiqədə “Səbail”in yarımmüdafiəçisi Ruslan Hacıyev buraxılan qollardan birinin əvəzini çıxıb. Mirabdulla Abbasov 84-cü dəqiqədə fərqi minimuma endirib. Görüşdə son nöqtəni isə 90+4-cü dəqiqədə Maçado qoyub.

Bu qələbə ilə xallarını 48-ə çatdıran “Qəbələ” 4-cü pillədəki mövqeyini gücləndirib. 22 xalı olan “Səbail” isə sonuncu – 10-cu sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” Qəbələdə “Kəpəz”ə, “Sabah” isə evdə “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib. Tura mayın 2-də keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata