“Baxmutun bəzi bölgələrində Ukrayna əsgərləri ruslara qarşı hücuma keçib”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirski bildirib.
Sirski vurğulayıb ki, Baxmut istiqamətində vəziyyət kifayət qədər mürəkkəbdir:
“Eyni zamanda şəhərin bəzi yerlərində qoşunlarımız düşmənə hücum etdi və onlar mövqelərinin bir hissəsini tərk etdilər”.
Baxmut istiqamətində gərgin qarşıdurmaların davam etdiyini bildirən Sirski, rusların müxtəlif istiqamətlərdə Ukrayna əsgərlərinin müdafiəsini yarmağa çalışdıqlarını, lakin buna nail ola bilmədiklərini deyib:
“Ciddi itkilərə baxmayaraq, “Vaqner” hücum qrupları, digər özəl şirkətlərin döyüşçüləri davamlı olaraq müharibəyə girir. Ancaq düşmən Baxmutu nəzarət altına ala bilmir”.