Kriminal

Şəmkirdə qadın narkotikə görə saxlanıldı

Şəmkirdə qadın narkotikə görə tutulub.

“Unikal”ın məlumatına görə, Şəmkir rayon polis şöbəsinin təhqiqat bölməsi tərəfindən Məmmədova Aygün Haqverdi qızının barəsində toplanmış material üzrə cinayətin izlərinin müəyyən edilməsi və rəsmiləşdirilməsi məqsədi ilə təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanıb. İstintaq aidiyyəti üzrə Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsinə göndərilib.  

İstintaqla müəyyən edilib ki, A.H.Məmmədova qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni – 1360 (bir min üç yüz altmış) qram narkotik vasitə olan heroini və 705 (yeddi yüz beş qram)  narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayət əməllərini törədib.

Cinayət işi üzrə A.Məmmədovanın əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilib.

0
0

Həmçinin baxa bilərsiniz

Kriminal

Olimpiya çempionunun məhkəməsində şahid: “Ərim yalan ifadə verməyim üçün mənə hədə-qorxu gəldi”

  • 26 Aprel 2023 - 14:53
Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə
Kriminal

Prokuror FHN-də intim videolar çəkən polkovnikə cəza istədi

  • 26 Aprel 2023 - 16:33
Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin