Cəmiyyət

Sel və doludan sonra respublika yollarında nəqliyyatın hərəkətində çətinliklər var? – AÇIQLAMA

Goranboy, Tərtər, Şəki, Mingəçevir, Balakən, Qax, Gəncə, Göygöl, Lənkəranda dolu yağması və sel gəlməsi səbəbindən avtomobil yollarının ziyan gördüyü, nəqliyyatın hərəkətində problemlərin yarandığına dair məlumatlar paylaşılır.

Hazırda sözügedən regionlarda, selin gətirdiyi qalıqlar səbəbindən yollarda nəqliyyatın hərəkətində çətinliklər varmı?

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən ərazilərdə hazırda heç bir məhdudiyyət yoxdur:

“Dövlət Yol Polisi xidmətinin əməkdaşları tərəfindən bütün zəruri təhlükəsizlik tədbirləri görülüb. Fasiləsiz hərəkət təmin edilib”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər