Cəmiyyət

Adı “Rahat” olsa da, istifadəçiləri “Narahat” edən provayder

Azərbaycanda internet

Günümüzü internetsiz təsəvvür etmək mümkün deyil. İnternetdən təkcə ünsiyyət vasitəsi kimi deyil, bütün işlərimizdə istifadə edirik. Başqa sözlə desək, internet həyatımızın ayrılmaz parçasına çevrilib. Digər tərəfdən də COVİD-19 pandemiyası ilə əlaqədar əksər sahələr onlayn xidmət göstərməyə başladı. Bu da digər tərəfdən internetin əhəmiyyətini daha da artırdı.

        Azərbaycanda İnternet 1993-cü ildən inkişaf etməyə başlamışdır. İlk sayt 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasında yaradılmış, ilk dövlət orqanının saytı isə Azərbaycan Respublikası Prezidentinin saytı olmuşdur və 1997-ci ildə yaradılmışdır. 1993-cü ildən yüksək səviyyəli milli AZ domeninin inzibatçılığı həyata keçirilir..

          İnternetə olan tələbatı internet provayder şirkətləri qarşılayırlar ki, onların da internetlə bağlı bir neçə xidmətləri vardır. İlk günündən İnternetin inkişafı əsasən özəl sektor tərəfindən aparılır. 2000-ci ilədək İnternet Xidmət Provayderlərin (İSP) fəaliyyəti xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilirdi, lakin 2000-ci ildə lisenziyalaşdırma ləğv edilmişdir. Bunun sayəsində hazırda ölkədə İSP kimi xidmət göstərmək istəyən hər bir fiziki və hüquqi şəxs sərbəst olaraq fəaliyyətə başlaya bilər. Hazırda ölkədə 40-dək İSP fəaliyyət göstərir və onlardan yalnız 3-ü (Aztelekomnet, Bakinternet və Azdatakom) dövlət qurumudur. İSP-lərin fəaliyyəti sağlam rəqabət və bazar münasibətləri şəraitində həyata keçirilir. Şirkətlər İnternetə çıxış üçün sabit və simsiz rabitə texnologiyalarında istifadə edirlər. WiMax və digər simsiz texnologiyalarının tətbiqi genişlənir. Ölkənin beynəlxalq İnternet şəbəkəsinə qoşulması 2 özəl şirkət tərəfindən (Delta Telekom və AzerTelecom) həyata keçirilir və İSP-lər üçün alternativ seçim imkanı yaradır.

Azərbaycanda internet sürətinin zəifləmə səbəbi

          Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkədəki internetin ümumi sürətinin zəifləməsinin açıq səbəblərini göstərir: “Azərbaycanda adambaşına düşən internet sürəti həcminə görə elə də yüksək səviyyədə olan ölkələr sırasında deyil. Beynəlxalq qurumlarda  bununla bağlı statistika var. Hətta, statistik hesabatlarda Azərbaycana qonşu ölkələr olan Rusiya, Qazaxıstan, Türkiyə və digər ölkələrdə internetin sürəti adambaşına 8-10-15 mbt-dir. Bizdə isə 4-5-6 mbt-dir. Bizdə geniş sürətli internet infrastruktur əsasən telefon xətti üzərindədir. Yəni EDS texnologiyadır. Geniş sürətli internet əldə etməyin bir neçə texnoloji üsulu var. Biri ADSL, digəri 3G-dir. Azərbaycanda ADSL-dən istifadə daha çoxdur. Bu isə artıq köhnəlmiş texnologiya hesab olunur. Biz ADSL-lə 10 mbt istəsək də bu mümkünsüzdür. Gedib provayderlə 10 mbt müqavilə bağlasaq, internet evimizə gəlib çatmayacaq. Ona görə də gərək bizim “Fiber” xəttimiz olsun. Hazırda Azərbaycanda texnoloji infrastruktur daha sürətli və keyfiyyətli internet almağa imkan vermir”.

Ekspert internetin zəifləməsinə görə, provayderlərə də diqqət çəkib: “Normal infrastrukturla internet əldə etməməyin kökündə provayderlərin məsuliyyətsizliyi durur. İkincisi də infrastrukturun özünün köhnə olmasıdır. Telefon xətti köhnə, üstəgəl, provayderin məsuliyyətsizliyi var ki, müqavilədə olan sürəti sizə göndərmək üçün gərək provayderin özü normal internet ala. Məsələn, provayderin 1000 müştərisi varsa, ona uyğun “Delta Telekom”dan internet almalıdırlar. Amma provayderlər “Delta Telekom”dan az alıb çox adama verirlər. Burada da çəkidə aldatma baş verir. 4 mbt əvəzinə, 3 mbt verir. Amma 4 mbt-in pulunu alır. Bu da problemin bir hissəsidir”.

Adı “Rahat” olsa da, istifadəçiləri “Narahat” edən provayder

Azərbaycanın işə yaramayan “qabaqcıl”, “innovasiyalarla zəngin” provayder şirkətlərindən biri də 2018-ci ildən fəaliyyətə başlayan “Rahat Telecom”dur. Bu şirkət haqqında məlumat əldə etmək istəsək, qarşımıza yalnız əlaqə nömrələri çıxacaq, lakin internet olmadıqda bu nömrələrə də zəng çatmır, çatanda zəng açılmır, açılanda isə müxtəlif aldadıcı yollara əl atılır: “Texniki işlər aparılır”,”Kabelləşmə gedir”, “Biz call senterik zənginiz yönəldiləcək” (yönəldilmir), “Usta göndərəcəyik”, – deyib bir ay sonra gecənin bir vaxtı usta gəlir, sonra əraziyə baxmadan deyir ki, “bu əraziyə internet çəkmək mümkün deyil”. Mümkün deyilsə, qonşular necə çəkdirib? Sualını verəndə isə başqa provayderlərin qoşulmasına da imkan yaratmırlar… Bunların işi reklam etməkdir, xidmətə gəldikdə isə apar, tulla.

Bu provayderin yalnız adı “Rahat”dır, qalan hər şeyi problem…2 aydanbir modem dəyişilir, 2 ayın pulu əvvəldən alınır, lakin 360 sürətlə 120 dəqiqəlik filmi 4 saata baxa bilirik…Bu, göz görə – görə alıb aldatma oyununu sonlandırmaq lazımdır. Bunun üçün abunəçilər yetərli qədər şikayətlərini onların sosial şəbəkələrdə olan hesablarına yazıb bildirirlər, amma belə anladım ki, orada yazılan rəyləri cavablandırmaq üçün “Rahat Telecom”un da internetə çıxışı yoxdur.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər