İdman

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Neftçi”nin qonağı olacaq – AFİŞA

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, bağlanış matçında “Neftçi” və “Qarabağ” münasibətlərinə aydınlıq gətirəcəklər. “Bakcell Arena”da keçiriləcək matç saat 20:00-da başlayacaq.

Azərbaycan derbisi öncəsi Ağdam klubu 78 xalla turnir cədvəlinə başçılıq edir. 61 xalı olan “ağ-qaralar” isə 3-cü pillədə qərarlaşıblar.

Azərbaycan Premyer Liqası

XXXII tur

2 may

20:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Rəşad Əhmədov

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Bakcell Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” Qəbələdə “Kəpəz”ə, “Sabah” evdə “Şamaxı”ya 1:0, “Qəbələ” doğma meydanda “Səbail”ə 4:2, “Turan Tovuz” isə səfərdə “Zirə”yə 1:3 hesabı ilə qalib gəlib.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata