Cəmiyyət

“AzInTelecom” və “Cyberpoint” kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcəklər – FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC və kibertəhlükəsizlik sahəsində aparıcı şirkətlərdən biri olan “Cyberpoint” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb. 

Memorandumu “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov və “Cyberpoint” MMC-nin direktoru Fuad Niftəliyev imzalayıb.

Şirkət rəhbərləri memorandum əsasında kibertəhlükəsizlik sahəsində işgüzar münasibətlərin qurulmasını, birgə layihələrin həyata keçirilməsini, səmərəli məlumat mübadiləsinin təşkil olunmasını razılaşdırıblar.

Tərəflər elmi-texniki biliklərin və kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanması məqsədilə birgə fəaliyyət göstərməyi planlaşdırır.

“AzInTelecom” MMC və “Cyberpoint” MMC Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi üçün müştərilərə birgə xidmət göstərərək fəaliyyət göstərməyi hədəfləyir.

Qeyd edək ki, ölkənin aparıcı kibertəhlükəsizlik şirkəti olan “Cyberpoint” MMC müxtəlif dövlət qurumlarına və eləcə də özəl şirkətlərə xidmət göstərir. Kibertəhlükəsizlik üzrə ən böyük əməliyyat mərkəzinə malik olan “Cyberpoint” şirkəti Təhlükəsizlik Əməliyyat Mərkəzi xidməti, Nüfuzetmə Sınaqları xidməti, Rəqəmsal Audit və İstintaq xidməti, Kibertəhlükəsizlik Həllərinin Tətbiqi və Dizaynı xidməti, Kiber Konsalting və Kiber Maarifləndirmə xidmətlərini təqdim edir.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər