Cəmiyyət

FHN-in modul tipli hospitalının baş həkimi azadlığa buraxıldı

Rüşvət ittihamı ilə həbs edilmiş FHN-in modul tipli hospitalının baş həkimi İmran Ağayev azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, cəza müddətinin üçdə ikisini çəkdiyi üçün şərti olaraq vaxtından əvvəl azad edilib.

Belə ki, Ağayevin azadlığa buraxılması ilə bağlı müraciətinə bu gün məhkəmədə baxılıb. Məhkəmə müraciəti təmin edib və baş həkim bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Xatırladaq ki, İmran Ağayev koronavirus xəstələrinin FHN hospitalının “VİP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. 2021-ci il aprelin 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə, Ali Məhkəmə isə 3 ilə endirib. Beləliklə bu il aprelin 22-də onun cəza müddətinin üçdə iki hissəsi tamam olub.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər