Cəmiyyət

Gürcüstana məxsus yük vaqonu Bakıda aşdı – YENİLƏNİB + FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yanacaq vaqonunun relsdən çıxması ilə bağlı əməliyyat görüntüləri yayıb.

Nazirlikdən verilən məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində yanacaqdaşıyan vaqonun relsdən çıxması və yanacağın ətrafa dağılması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunublar.

FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

08:50

Bu gün saat 05:30 radələrində “Əhmədli” stansiyasında manevr işləri aparılarkən 1 yük vaqonu relsdən çıxıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində vaqondan yük axını baş verib:

“Hadisənin baş vermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər