Cəmiyyət

FHN texniki təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət etdi – VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) texniki təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Oxu.Az xəbər verir ki, müraciətdə deyilir:

“Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik tələblərinin təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə həyata keçirilən tədbirlər zamanı bəzi işbazlar tərəfindən qanunvericiliyin, habelə texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulması ilə həyətyanı sahələrdə, əhalinin sıx məskunlaşdığı yaşayış ərazilərində yanacaq çənlərinin yerləşdirilərək istismar edilməsi, yanacağın plastik qablarda satışının təşkili faktları aşkar olunur. Bu isə ciddi pozuntu olmaqla, orada hər an baş verə biləcək yanğın və ya partlayış hadisəsi ilə insan həyatı və sağlamlığını real təhlükə ilə üz-üzə qoyur. Aşkar olunan hər bir belə faktla əlaqədar Agentlik tərəfindən qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi təmin edilir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, “xüsusi icazə”si olmadan yanacaq çənlərinin istismar edilməsinin, o cümlədən plastik qablarda satışının qanunla qadağan olunduğunu xatırladır və vətəndaşlar tərəfindən belə faktlar aşkar olunduqda nazirliyin “112” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər