İdman

Portuqalların 60 milyon avro qiymət qoyduğu azərbaycanlı futbolçu karyerasını bərpa edir

Azərbaycan millisinin sabiq futbolçusu Budaq Nəsirov karyerasını bərpa etməyə hazırlaşır.

Oxu.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Turan Tovuz”un əvəzedici komandasında məşqlərə başlayıb. Qərb təmsilçisinin baş məşqçisi Ayxan Abbasov yaya qədər onu diqqətdə saxlayacaq, bundan sonra qalıb-qalmayacağı ilə bağlı qərar veriləcək.

Budaq Nəsirov son olaraq Portuqaliyanın “Sportinq” klubunun ikinci komandasında oynayıb. Hətta Lissabon təmsilçisi transferi rəsmiləşdirərkən ona 60 milyon avro qiymət qoyub. Ancaq Portuqaliyada uğursuzluqla üzləşən Budaq futboldan uzaqlaşıb. Onun Türkiyədə hotel sektorunda fəaliyyət göstərdiyinə dair məlumatlar var.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata