İdman

“Qarabağ” milliləşdirilmiş braziliyalı ilə razılığa gəldi

Ölkəmizi avrokuboklarda təmsil edəcək “Qarabağ” mövsümün sonunda müqavilə müddəti başa çatacaq futbolçularla danışıqlara başlayıb.

Oxu.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi Azərbaycan millisinin üzvü Riçard Almeyda ilə razılıq əldə edib. Milliləşdirilmiş braziliyalı orta xətt oyunçusu növbəti “futbol ili”ni də hazırkı klubunun heyətində keçirəcək.

Qeyd edək ki, 2012-18-ci illərdə də “Qarabağ”da forma geyinən 34 yaşlı oyunçu “Astana” (Qazaxıstan), “Baniyas” (Birləşmiş Ərəb Əmirlikləri) və “Zirə” klublarındakı karyerasından sonra 2021-ci ilin yayında yenidən “Qarabağ”a qayıdıb.

Faiq Tahirov

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata