DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər rayonunda 2007-ci il təvəllüdlü qızın qaçırılması ilə əlaqədar yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, həmin şəxs barəsində digər xüsusatlar üzrə müvafiq ekspertiza təyin olunub, araşdırma aparılır.
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
12:24
Tərtərdə 9-cu sinif şagirdi qız qaçırılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə kənd məktəblərindən birində qeydə alınıb.
Belə ki, 10-cu sinif şagirdi olan oğlan 9-cu sinifdə təhsil alan qızı evlənmək üçün qaçırıb.
Faktı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə təsdiqləyib.
Onun sözlərinə görə, belə bir hadisə qeydə alınıb, hazırda faktla bağlı araşdırma aparılır:
“Tərtər rayonunda belə bir fakt təsdiqini tapıb. İstintaq tərəfindən araşdırma aparılır. Oğlanla qız arasında iki yaş fərq var. Hüquq-mühafizə orqanları tərəfindən hazırda araşdırma gedir”.