Siyasət

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən internat evində rəsm müsabiqəsi keçirilib – FOTO

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin şagirdləri arasında keçirilən “Təbiət bizim evimizdir” rəsm müsabiqəsinə yekun vurulub. 

Müsabiqənin məqsədi uşaqların Azərbaycan təbiətinə sevgi və marağının daha da artırılması, ətraf mühitin mühafizəsinə diqqət çəkilməsi, həmçinin gənc istedadların yaradıcı təfəkkürünün inkişafına xidmət edən qabiliyyətlərin aşkara çıxarılması olub.

Tədbirdə çıxışçılar ulu öndər Heydər Əliyevin təbiətə, ətraf mühitin qorunmasına olan qayğıkeş münasibətindən, gənc nəsil arasında həmin hisslərin təbliğ olunmasının zəruriliyindən bəhs ediblər. Şagirdlər isə fərdi bacarıqlarını nümayiş etdirərək ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib, rəqs nömrələri ifa ediblər. 

Dövlət və özəl qurumların əməkdaşlarının, müstəqil ekoloqların, QHT və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə uşaqların çəkdiyi Azərbaycanın füsunkar təbiətinə həsr olunan rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib, iştirakçılara təltifnamələr təqdim olunub. 

Tədbirin sonunda uşaqların çəkdiyi rəsmlərin satış yarmarkası təşkil edilib və əldə olunan gəlir uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə internat məktəbinin hesabına köçürülüb.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,