Kremlə PUA hücumunun arxasında Ukraynanın dayandığına dair “heç bir əlamət yoxdur”.
Qaynarinfo xəbər verir ki, CNN-in məlumatına görə, bunu mayın 4-də jurnalistlərə ABŞ Senatının Kəşfiyyat komitəsinin sədri Mark Uorner deyib.
“Bizdə hələlik məlumat azdır…. Hazırda [Moskvadakı zərbələrin] mənbəyinin ukraynalılar olduğuna dair heç bir əlamət yoxdur”, – Uorner bildirib.
O, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə qapalı brifinqdən sonra deyib.
Təhlükəsizlik xidmətlərinin partlayışın arxasında Kiyevin olduğunu inkar edib-etmədiyini soruşduqda senator deyib ki, hələlik dəqiq bir şey söyləmək tezdir.