Cəmiyyət

LOR HOSPİTALIN GƏNC, İSTEDADLI CƏRRAHI OP. DR. SEVİNC ŞIXALİYEVANIN FƏALİYYƏTİ

          Op. Dr. Sevinc Şıxaliyeva öz peşəsinə məhz ürəkdən bağlı gənc həkimlərimizdən biridir. Onun üçün insan həyatından qiymətli heç nə yoxdur…

          Bütün peşələr cəmiyyət üçün vacibdir. Peşənin yaxşısı, pisi olmur. Dahi sənətkarımız Nizami Gəncəvi çox doğru söyləmişdir:

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

          Bəli, əsas olan odur ki, öz peşəni yarımçıq yox, mükəmməl, şair demişkən, kamil biləsən. Doğrudur, dedik ki, peşənin yaxşısı – pisi olmur, lakin həkimlik peşəsi cəmiyyət üçün əvəzolunmazdır, bütün dövrlər üçün ən lazımlı peşələr sırasında birincidir.

          Tarix boyu böyük həkimlərimiz olub, hətta böyük ictimai – siyasi xadim Nəriman Nərimanov da həkim olmuşdur. Bunları sadalamaqda məqsədimiz odur ki, bu gün də Azərbaycanda böyük təbiblərin, həkimlərin yolunu davam etdirən həkimlərimiz var. Onlardan biri də Sevinc xanım Şıxaliyevadır. Sevinc həkim mükəmməl təhsil almışdır. Onun 13 ildən çoxdur ki, iş təcrübəsi var.

          Sevinc Şıxaliyeva 2005-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. 2005 – 2006 – cı illərdə Fuad Əfəndiyev adına 4 saylı şəhər kliniki xəstəxanasında çalışıb. Daha sonra Akademik Mirqasımov adına Respublika klinik xəstəxanasında ixtisaslaşma kursu keçmişdir.

          2010 – 2011 – ci illərdə AXDG QSC – nin 1 saylı poliklinikasında həkim – otorinolarinqoloq vəzifəsində çalışıb.

          2015 – ci ilin əvvəlindən  LOR Hospitalda fəaliyyət göstərir. Həmin ildə Türkiyənin Istanbul Florence Nightingale Xəstəxanasında ixtisaslaşdırma kursu keçmişdir.

          2016 – cı ildə Rusiyanın Moskva şəhərində keçirilən “Mеждисциплинарный конгресс по заболеваниям органов головы и шеи” konqresində iştirak etmişdir.

          2017 – ci ildə isə Ukraynanın Kiyev şəhərində Prof.O.S.Kolomiyçenko adına olan Burun – Qulaq – Boğaz institutunun otolarinqologiya şöbəsində “rino – cərrahiyyə” bölümü üzrə ixtisaslaşma keçmişdir. Həmin il Ukraynanın Kiyev şəhərində “Otorinolarinqologiyada son elmi naliyyətlər” mövzusunda keçirilən konfirensiyada iştirak etmişdir.

          2008 – ci ildən AXDG – də QSC – nin Əhmədli tibbi sanitar hissədə həkim otorinolarinqoloq vəzifəsində çalışır.

          Qeyd etmək lazımdır ki, həkimin biliyi, dərmanları ilə bərabər onun dili, ünsiyyəti, psixologiyası da çox vacibdir. Sevinc həkimi tanıyanlar onda bütün bu üstün cəhətləri görürlər.

          Sonda biz Sevinc həkimə bu uğurlardan ötəri minnətdarıq və ona işlərində daim uğur arzu edirik.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər