Astana məhkəməsi Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğlunun keçmiş həyat yoldaşı Gülmira Satıbaldı 7 il müddətinə azadlıqdan məhrum edib. O, bir qrup şəxs tərəfindən zorakılıq tətbiq etməklə və ya onun tətbiqi hədəsi ilə adam oğurlamaqda, həmçinin cinayət əməlinin təşkilində təqsirli bilinib.
Bundan başqa Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Satıbaldını dövlət mükafatından – “Kurmet” ordenindən məhrum etmək təklifi təqdim olunacaq. Bu mükafat elm və mədəniyyətin, təhsilin, iqtisadi, sosial və digər sahələrin inkişafında xidmətlərinə görə təltif edilir.
İş üzrə digər təqsirləndirilən şəxslər – Satıbaldının sürücüsü Madi Batırşayev və adam oğurluğunun səbəbkarı Rəşid Utebekov müvafiq olaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər. İş üzrə zərərçəkənlər iş adamları Tursen Alaguzov və Aygul Mekeşeva tanınıblar.