Cəmiyyət

“Araz” supermarketlər şəbəkəsi ümummilli liderin yüzillik yubileyi ilə bağlı 100 ağac ianə etdi – FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi Qarabağ Dirçəliş Fonduna 100 ağac ianə edib.

Fonda ianə edilən ağaclar işğaldan azad olunan ərazilərin dirçəlişi, Qarabağda təbiətin yaşıllaşdırılması üçün istifadə ediləcək. Ağaclar payız aylarında Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı “Araz” supermarketlər şəbəkəsi əməkdaşlarının iştirakı ilə əkiləcək. Qarabağın yaşıllaşdırılmasına, 30 il ərzində məhv olan təbiətimizin bərpasına dəstək olmaq hər birimizin mənəvi borcudur. Bu prosesin iştirakçısına çevrilmək, qürurvericidir.

2017-ci ildən etibarən fəaliyyət göstərən “Araz” supermarketlər şəbəkəsi hazırda 400-ə yaxın  mağazası və 9000-ə yaxın əməkdaşı ilə müştərilərə xidmət göstərir. Dayanıqlı inkişafı dəstəkləmək, ətraf mühit və cəmiyyət üçün fayda yaratmaq şirkətin prioritetləri sırasındadır.

“Veysəloğlu” Şirkətlər Qrupu pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur (www.veyseloglu.az). Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər