İdman

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Qəbələ”ni qəbul edir – AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, sonuncu oyunda “Qarabağ” və “Qəbələ” üz-üzə gələcəklər.

“Azersun Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

“Qarabağ” hazırda 81 xalla liderdir. “Qəbələ” 48 xalla 4-cü pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XXXIII tur

8 may (bazar ertəsi)

20:00. “Qarabağ”- “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Emin Əliyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Azersun Arena”

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Sabah” “Kəpəz”i, “Zirə” “Şamaxı”nı 3:0 hesabı ilə üstələyib. “Turan Tovuz” “Neftçi”ni (4:0), “Səbail” isə “Sumqayıt”ı (3:1) məğlub edib.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata