Cəmiyyət

Pulsuz səhiyyənin pullu tələləri: İcbari tibbi sığorta niyə işləmir?

“Rayondan Bakıya gələn xəstədən analiz nümunələri üçün 400 manatdan çox pul alınıb”.

Bu barədə Qaynarinfo-ya sözü gedən xəstənin yaxınları məlumat verib. Xəstənin yaxınlarının sözlərinə görə, onlar müayinə üçün Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına müraciət edib:

“Biz klinikaya göndərişsiz gəlmişdik. Bütün analizlərə 400 manata yaxın pul xərclədik. Klinikanın xidmətləri icbari tibbi sığortaya aiddirsə, bu boyda pulu bizdən niyə alıblar?” 

İcbari tibbi sığortadan Qaynarinfo-ya verilən məlumata görə, Tədris Cərrahiyyə Klinikasi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısına daxildir: “Vətəndaşlar sözügedən klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətdən yararlanmaq üçün TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrindən göndəriş vərəqəsi əldə etməlidir. Göndəriş vərəqəsi yalnız TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində tibbi xidmətin göstərilməsi mümkün olmadıqda özəl tibb müəssisələrindən birinə verilir”. 

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər