Cəmiyyət

Suraxanı dəmir yol stansiyasında narkotik satanlar SAXLANILDI

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Suraxanı dəmir yolu stansiyasında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Aynur Zeynallı saxlanılıb.

“Unikal” xəbər verir ki, onun üzərindən və yaşadığı evdən ümümilikdə 21 büküm satış məqsədi ilə qablaşdırılan külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib. A.Zeynallı narkotikləri tanışı Zaur adlı şəxsdən aldığını bildirib. Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs – paytaxt sakini Zaur Qurbanov da saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində narkotiklərin satışı ilə məşğul olduğunu və A.Zeynallıya da narkotikləri pul müqabilində verdiyini etiraf edib. 

Faktla bağlı Sabunçu Xətt Polis Şöbəsinin İstintaq ve Təhqiqat Qrupunda araşdırmalar aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər