Cəmiyyət

Türkan Gündüzü qətlə yetirən ərinin ifadəsi məlum oldu

Mayın 7-nə keçən gecə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ evində həyat yoldaşı, tanınmış cərrah Türkan Yafəs qızı Gündüzü qətlə yetirməkdə şübhəli bilinən Türkiyə vətəndaşı Muhammet Gündüz barəsində həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo” xəbər verir ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə 1967-ci il təvəllüdlü M.Gündüz barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bildirilir ki, M.Gündüz ilkin ifadəsində hadisənin qısqanclıq zəminində baş verdiyini qeyd edib. O bir müddətdir həyat yoldaşı ilə münasibətlərinin soyuduğunu, hadisə baş verərkən isə bir-birlərinə qarşılıqlı ittihamlar irəli sürdüklərini qeyd edib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam edir.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər