Cəmiyyət

Yevlaxda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alındı – FOTO

Yevlaxda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb.

“Report” xəbər verir ki, qanunsuz tikinti-quraşdırma işləri Yevlax rayonu Nərimanabad kəndi ərazisində Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun kənarında yerləşən mövcud yanacaqdoldurma məntəqəsinin yaxınlığında aşkarlanıb.

Belə ki, aşkarlanan qanunsuz tikinti-quraşdırma işləri ilə bağlı Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə dərhal araşdırma aparılıb və sözügedən ərazidə Nazim İslam oğlu Əhmədov tərəfindən şəhərsalma və tikinti qanunvericiliyinə riayət edilmədən, zəruri razılaşdırılma və icazə prosedurları həyata keçirilmədən, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın tələblərinə uyğun olaraq yanacaqdoldurma məntəqələrindən zəruri ara məsafəsi saxlanılmadan özbaşına tikinti-quraşdırma işlərinə başlanılması müəyyən edilib.

Bununla bağlı İcra Hakimiyyəti Komitə ilə birgə ərazidə aparılan tikinti-quraşdırma işlərinin dayandırılması və qanunsuz tikilinin sökülməsi təmin edilib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər