Cəmiyyət

10 MAY – ƏBƏDİYAŞAR ÖNDƏRİN DOĞUM GÜNÜDÜR!

10 may – Ümummilli lider, mərhum prezident, dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin ad qoyulan günüdür! 2023 – bu il 100-cü ildönümü olan bu tarixin qeyd edilməsi sonsuz bir ənənə halını almışdır. Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevdir. Hazırda Azərbaycan Respublikasının vətəndaşları, bütün dünya azərbaycanlıları və türk dilli xalqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi  Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük həyəcan və sevinclə qarşılamağa hazırlaşır.

Heydәr Әlirza oğlu Әliyev 1923-cü il – tam 100 il bundan öncə  may ayının 10-da Azәrbaycanın Naxçıvan şәhәrindә anadan olmuşdur. Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Ulu öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Məhz  Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu öndərin fəaliyyətinin  ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə də Heydər Əliyev irsini daim  öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt  itirməyən qlobal məsələdir. Heydər Əliyevi fərqləndirən başlıca xüsusiyyətlər işlədiyi vəzifənin kiçikliyi və ya böyüklüyündən asılı olmayaraq yüksək əzmkarlığı hesabına məşğul olduğu problemi dərindən mənimsəməsi, özünə və ətrafındakılara qarşı tələbkarlığı, reallığı əks etdirən prinsipial mövqe tutması, üzərinə düşən vəzifəni maksimum səviyyədə uğurlu nəticə ilə yerinə yetirməsi olmuşdur. Bax, bu xüsusiyyətinə görə Ulu öndər həmişə vəzifə pillələrində yüksəlmiş, dövlət təhlükəsizliyi xidmətinin leytenantı rütbəsindən general mayoru rütbəsinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik  Komitəsinin sədri vəzifəsinə yüksəlmişdir. Komitədə işlədiyi dövrdə kəşfiyyat və əkskəşfiyyat məsələlərinə dair ən çətin tapşırıqları Heydər Əliyev lazımi səviyyədə yüksək peşəkarlıqla icra edirdi.Məlum olduğu kimi, Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycan Respublikasına rəhbərliyə başlamışdır. Respublikanın 46 yaşlı yeni rәhbәrinin o zaman da böyük idarәçilik vә rәhbәrlik tәcrübәsi olmasına baxmayaraq, әvvәlki illәrdә çalışdığı sahәnin spesifikliyi ilә әlaqadar cәmiyyәtdә onun haqqında geniş mәlumat yox idi. Lakin hamı bilirdi ki, Heydәr Әliyev respublikada sovet dövlәt sistemindә xüsusi nüfuzu ilә fәrqlәnәn Dövlәt Tәhlükәsizliyi Komitәsinin rәhbәri sәviyyәsinә yüksәlmiş yeganә azәrbaycanlıdır vә elә bu faktın özü onun şәxsiyyәti haqqında bitkin tәsәvvür yaradırdı. Azәrbaycana rәhbәr seçimi mәsәlәsindә mәhz onun üzәrindә dayanılmasını şәrtlәndirәn әsas amil isә Heydәr Әliyevin çox yüksәk şәxsi keyfiyyәtlәrә malik olması, respublikanın problemlәrini dәrindәn dәrk etmәsi, insanları yaxından tanıması, hakimiyyәtdaxili çәkişmәlәri, ziddiyyәtlәri gözәl bilmәsi idi. Hәmin dövrdәn keçәn 54 il әrzindә xalqımızın böyük oğlu Heydәr Әliyevin Azәrbaycanın alternativsiz vә hamılıqla qәbul olunan lideri funksiyasını şәrәflә daşıması bir daha göstәrdi ki, bu böyük dövlәt xadiminin 1969-cu ildә hakimiyyәtә gәlişi özünü tam doğrultmuş mühüm tarixi zәrurәt olmuşdur. Tәsadüfi deyil ki, bu illәr tariximizin Heydәr Әliyev dövrü adlandırılır:

Gəlişinlə qurtulubdur bu vətən,                    Ucaltdı hər yerdə bayrağımızı,

Sən oldun bu xalqa ümid və güvən.              Yazdı tarixlərə ad – sanımızı.

Sən oldun dar gündə köməyə yetən,             Tanıtdı dünyada varlığımızı,

Ulu bir sərkərdə, ulu bir öndər.                     Ulu bir sərkərdə, ulu bir öndər.

Milli mənafeni hər bir şəxsi arzudan üstün tutan, ölkəsinə layiqli oğul – əsl vətəndaş olan Heydər Əliyev daima bu əqidəsindən ayrılmayaraq demişdir: “Bilirsiniz, öz şәxsi mәqsәdlәrinә nail olmaq üçün millәti lәkәlәmәk, millәtә böhtan atmaq lazım deyil. Milli mәnafeyi hәr şeydәn üstün olmalıdır. Birinci milli mәnafedir, sonra şәxsi mәnafe. Yoxsa, sәn kimәsә xoş gәlmәk, kimdәnsә acıq çıxmaq, kimәsә zәrbә vurmaq üçün niyә millәtini, ölkәni lәkәlәyirsәn?” Heydәr Әliyevin sosial-iqtisadi inkişaf konsepsiyasının ana xәtti hәmişә belә bir ideyadan ibarәt olmuşdur ki, iqtisadiyyatın yüksәlişi, iqtisadi tәrәqqi xalqın sosial-iqtisadi tәlәbatını ödәmәk, insanların hәyatını yaxşılaşdırmaq mәqsәdinә tabe edilmәlidir. Tәsadüfi deyildir ki, 1970-80-ci illәrin sürәtli iqtisadi yüksәlişi qısa bir vaxtda sosial sahәnin dә inkişafına tәkan verdi, adamların hәyat sәviyyәsindә vә yaşayış tәrzindә nәzәrәçarpan dәyişikliklәr etdi. Bu illәrin sosial inkişaf proqramlarının vüsәtini vә әhәmiyyәtini qabarıq şәkildә әks etdirәn әn mühüm göstәricilәrdәn biri quruculuq, tikinti-abadlıq vә digәr infrastruktur işlәrinin geniş miqyas alması idi. Qısa bir vaxtda respublikada yüz kilometrlәrlә yeni dәmir vә şose yolları, respublikanın rayonlarında vә şәhәrlәrindә yüzlәrlә körpü, çay keçidlәri vә digәr infrastrukturlar inşa edilmişdir. Bakı şәhәrindә metropolitenin “Ulduz”, “Әzizbәyov”, “Qara Qarayev”, “Neftçilәr”, “Nizami” stansiyaları vә başqa stansiyalar istifadәyә verilmiş, әhalinin nәqliyyat problemlәrinin hәlli ilә bağlı ciddi işlәr görülmüşdür. Hәmin illәrdә Bakı şәhәrinin, digәr şәhәrlәrin vә rayon mәrkәzlәrinin, kәnd vә qәsәbәlәrin, bütünlükdә Azәrbaycanın böyük bir tikinti meydançasını xatırlatdığını desәk, sәhv etmәrik. Bakıda, digәr şәhәrlәrdә bir çox yaşayış massivlәri, әzәmәtli mәdәniyyәt sarayları, ictimai binalar, yaraşıqlı parklar, xiyabanlar 1970-80-ci illәrin yadigarıdır. Paytaxtın, respublika şәhәrlәrinin, rayon mәrkәzlәrinin vә kәndlәrin simasını kökündәn dәyişdirәn hәmin tikililәr 25-30 il әvvәl Azәrbaycanın keçdiyi tәrәqqi, inkişaf yolunun gәnc nәsillәrә, ölkәmizin qonaqlarına etibarlı bәlәdçilәridir:

Hara baxırsansa nişanələri,
Özündən sonrakı abidələri.
Bizləri tərk etmir xatirələri
Ulu bir sərkərdə, ulu bir öndər.

1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Mәclisinin sәdri seçilmişdir. 1992-ci ildə Yeni Azәrbaycan Partiyasının Naxçıvan şәhәrindә keçirilmiş tәsis qurultayında partiyanın sәdri seçilmişdir. 1993-cü ilin iyun ayının 15-dә Azәrbaycan Respublikası Ali Sovetinin sәdri seçilmişdir; – İyul ayının 24-dә Milli Mәclisin qәrarı ilә Azәrbaycan Respublikası Prezidentinin sәlahiyyәtlәrini hәyata keçirmәyә başlamışdır. – Oktyabr ayının 3-dә isə ümumxalq sәsvermәsi ilә Azәrbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı ilk günlərdən Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində separatçı ermənilər tərəfindən  başlanmış Ermənistan- Azərbaycan müharibəsində 1994-cü il mayın 12-də atəşkəsə nail olundu. Bundan sonra ölkədə siyasi və iqtisadi  sabitlik bərqərar oldu, siyasi sistemin təkmilləşməsi istiqamətində möhkəm addımlar atıldı və 1995-ci ildə  müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olundu. Onun rəhbərliyi ilə həyata keçirilən düşünülmüş tədbirlər nəticəsində əvvəlki iqtidarların dövründən başlayan sosial-iqtisadi tənəzzülün qarşısı alındı və 1996-cı ildən inkişaf başladı. Təbii ki, bütün bunlar elə də asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən bəzi daxili və xarici  antiazərbaycan qüvvələr 1994 və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etmiş, terror aktları törətmək istəmişlər. Lakin Azərbaycan dövlətinin və  xalqının,  onun liderinin əleyhinə yönəlmiş bu qanunazidd hərəkətlərin və separatizm əməllərinin qarşısı Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində vaxtında və yüksək peşəkarlıqla alındı.

Heydər Əliyev müstəqil və suveren Azərbaycanın daxili məsələlərini ustalıqla həll etməklə yanaşı xarici siyasətini də formalaşdırmağa başladı. Əvvəlki hakimiyyətlərin dövründə populist açıqlamalar, qeyri-real yanaşmalar nəticəsində qonşu ölkələrlə pozulmuş münasibətlər qaydasına salındı. Ümummilli liderin çoxsaylı xarici səfərləri ilə Azərbaycanın dünyanın öndə gedən dövlətlərlə xoşniyyətli əlaqələri yaradılaraq  möhkəmləndi  və respublikamıza uğur gətirən və bu gün də davam etdirilən xarici siyasət xəttinin tətbiqinə başlandı. Azərbaycan həm Rusiya  və həm də ABŞ və Avropa ölkələri ilə yaxın qonşuluq,  dostluq və  strateji tərəfdaşlıq münasibətləri yaratmağa nail oldu. Türkiyə ilə “bir millət-iki dövlət” prinsipi əsasında əlaqələr daha da möhkəmləndi.

Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərini izah edərkən demişdir: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə – bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizin, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”. Ümummilli liderimiz Heydər Əliyevin bu müdrik kəlamları Onun müstəqil Azərbaycan dövləti, xalqımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinin manifestidir. XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan Ulu öndərimiz Heydər Əliyev həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır. Gənc­liyində memar olmaq istəyən dahi şəxsiyyət möhtəşəm bir abidənin qurucusu olmuş, özünün şah əsəri olan müstəqil Azərbaycan dövlətini yaratmışdır.

          2003-cü ildə Azәrbaycanda ilin adamı mükafatına layiq görülmüşdür. Həmin il Uşaq Fondları Beynәlxalq Assosiasiyasının Lev Tolstoy adına beynәlxalq qızıl medalı ilә tәltif olunmuşdur; – Dekabr ayının 12-dә ABŞ-ın Klivlend klinikasında vәfat etmiş, I Fәxri Xiyabanda dәfn edilmişdir.

Yurdumuzda şan-şöhrətli hər nə var
Yatmadığın günlər, aylar, illərdi;
Ziyarətə gəlir səni bu yollar…
Göz yaşımız məzarında güllərdi.

          2004-cü ildə Azәrbaycan Respublikası Prezidenti İlham Əliyev “Azәrbaycan xalqının ümummilli lideri Heydәr Әlirza oğlu Әliyevin xatirәsinin әbәdilәşdirilmәsi haqqında” fәrman imzalamışdır. Azәrbaycan Respublikasının Prezidenti İlham Әliyevin verdiyi fәrmanla Heydәr Әliyev Mükafatı tәsis olunmuşdur; – Bakı şәhәrinin Moskva prospekti Heydәr Әliyev prosrekti adlandırılmışdır; – Bakı şәhәrindәn yerlәşәn Qafqazda әn böyük beynәlxalq hava limanına Heydәr Әliyevin adı verilmişdir; – Azәrbaycanın neft emalı sәnayesinin flaqmanı olan “Azәrneftyanacaq” NEZ-ә 50 illik yubileyi ilә әlaqәdar vә istehsal fәaliyyәtindә nail olduğu göstәricilәri nәzәrә alaraq Azәrbaycan xalqının ümummilli lideri Heydәr Әliyevin adı verilmişdir; – Ulu öndәrin inşa etdirdiyi saray Heydәr Әliyev Sarayı adlandırılmışdır. Həmin ildə Dәrin Özüllәr Zavoduna ümummilli lider Heydәr Әliyevin adı verilmiş vә zavodda heykәlinin açılışı olmuşdur:

Heykəlinə baxıram
Rəhbər xəyala dalıb.
Çiçəklənən ölkəmiz
Ondan yadigar qalıb.

Prezident İlham Əliyevin  2023-cü ilin “Heydər Əliyev ili” elan etməsi barədə imzaladığı Sərəncam Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları və türkdilli xalqlar tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır.  Hesab edirəm ki,  2023-cü ilin “Heydər Əliyev ili” kimi qeyd edilməsi  Ümummilli liderimizin əziz xatirəsini  böyük coşğu ilə yad etmək və əbədiləşdirmək istiqamətində həyata keçirilən  ən mühüm tədbirlərdən biridir.

Azәrbaycan xalqı artıq 100 ildir ki, Heydәr Әliyev ideallarına sadiqdir, onun müәyyәnlәşdirdiyi yolla gedir. Bu gün hәr birimizin taleyindә dahi müasirimiz olan Heydәr Әliyev dühasının bir zәrrәsi var. Onun hәyatı vә fәaliyyәti, şәxsiyyәti tariximizin ayrılmaz bir hissәsini tәşkil edir. Heydәr Әliyev elә zәngin irs qoyub ki, ondan Azәrbaycan xalqının hәlә neçә-neçә nәsillәri bәhrәlәnәcәkdir. Azәrbaycan tarixindә dәrin, pozulmaz izlәr qoymuş Heydәr Әliyevin әziz vә parlaq xatirәsi qәdirbilәn xalqımızın qәlbindәn heç vaxt silinmәyәcәkdir. Onu qurduğu Azәrbaycan әbәdi yaşayacaqdır.

“Heydәr Әliyevin ideyaları yaşayır, onun siyasәti yaşayır, onun fәlsәfәsi, ideologiyası yaşayır vә onun qurduğu, yaratdığı müasir Azәrbayacan yaşayır vә onun yolu ilә inkişaf edir”.

İlham Әliyev, Azәrbaycan Respublikasının Prezidenti

İlham təki oğlun vardır,                               Keçsə aylar, keçsə illər

Ömür yolun bir bahardır,                             Ürəklərdə qalacaqsan.

Xalqın hər an bəxtiyardır,                            Arzuların çiçək açıb,

Heydər ata, Heydər baba!                             Yaşayacaq Azərbaycan!

                                                                   Heydər ata, Heydər baba!

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər