Şou

Bu gün “Avroviziya”da ilk yarımfinaldır

Bu gün “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, 67-cisi keçirilən yarışma Liverpulda olacaq. 

Bu gün 15 ölkə səhnəyə çıxacaq. Onlar arasında Azərbaycanı təmsil edən  Tural və Turan Bağmanov qardaşları da yer alacaq. Əkizlər 12-ci nömrə altında səhnəyə çıxacaqlar. 

Axşam səhnəyə çıxacaq digər ölkələr isə Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland və Finlandiyadır. 

Səsvermə mayın 9-da canlı konsert zamanı açıq olacaq.

Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilən müsabiqənin növbəti yarımfinal 11 mayda, final isə mayın 13-də keçiriləcək. Azərbaycanı Tural və Turan Bağmanov qardaşları “Tell me more” mahnısı ilə təmsil edəcək.

0
0

Həmçinin baxa bilərsiniz

Şou

Məşhur aktyora qarşı qəsdən adamöldürmə ittihamı ləğv edildi

  • 21 Aprel 2023 - 20:36
ABŞ-nin Nyu-Meksiko Ştat Prokurorluğu “Rust” (“Pas”) filminin çəkilişləri zamanı operatorun ölümündən sonra aktyor Alek Bolduinə qarşı qəsdən adamöldürmə ittihamını ləğv
Şou

“Harri Potter”in ulduzu ata olub – FOTO

  • 25 Aprel 2023 - 21:19
“Harri Potter” haqqında filmlər silsiləsinin ulduzu, 33 yaşlı aktyor Deniel Redkliff ilk dəfə ata olub. Belə ki, fotoqraflar sənətçini uşaq