Cəmiyyət

Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur – tədbir

Yardımlı Rayon Polis Şöbəsində (RPŞ) Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur” mövzusunda tədbir təşkil olunub.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən Yardımlı RPŞ-nin rəisi polis polkovniki Rauf Babaşov bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi düşüb. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndərin mənalı həyat yolu, zəngin irsi tükənməz məktəbdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Məhz Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi ilə vaxtında atılmış möhkəm dövlətçilik təməlləri sayəsində ölkəmiz bu gün dünyada layiq olduğu mərtəbəyə yüksəlib.

Digər çıxış edənlər də Heydər Əliyevin mənalı və şərəfli həyat yolunda söz açıblar. Qeyd edilib ki, Ulu Öndərin bir rəhbər, xalqını sonsuz məhəbbətlə sevən lider kimi gördüyü işlər, titanik fəaliyyəti yaddaşlardan heç vaxt silinməyəcək.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər