Dünya

Peskov: “MDB liderləri qeyri-rəsmi səhər yeməyində görüşəcək”

Moskvaya Qələbə Paradına gəlmiş MDB ölkələrinin rəhbərləri Rusiya Prezidenti Vladimir Putinlə birlikdə Naməlum Əsgərin məzarı önünə əklillər qoyacaq, həmçinin qeyri-rəsmi səhər yeməyi süfrəsi arxasında əyləşəcəklər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, prezident Putin Qələbə Paradında çıxış edəcək.

“Dövlət başçıları onunla birlikdə tribunada olacaq. Bundan əlavə, Naməlum Əsgərin məzarı önünə birgə əklil qoyulacaq. Daha sonra dövlət başçıları üçün prezidentimizlə birlikdə qeyri-rəsmi səhər yeməyi planlaşdırılır”, – Peskov bildirib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin