Cəmiyyət

Sənaye Korporasiyasının rəhbəri Samuxda Bəhrə Ağır Atletika klubu ilə tanış olub

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə Samux rayonunda yerləşən Bəhrə Ağır Atletika klubunda olub.

ASK-dan AZƏRTAC-a bildirilib ki, Baş direktor Korporasiyanın törəmə Cəmiyyəti olan “Azərpambıq ASK” MMC-nin təşəbbüsü və dəstəyi ilə yenidən təmir edilib istifadəyə verilmiş klubdakı şəraitlə tanış olub.

Məlumat verilib ki, hazırda burada 40-a yaxın yeniyetmə və gənc idmançı məşq edir. Onlar arasında artıq ölkə çempionatlarında birincilik qazananlar da var.

Ölkəmizdə idmana olan dövlət qayğısından və bədən tərbiyəsinin inkişafından danışan Kamran Nəbizadə qeyd edib ki, həyata keçirilən tədbirlər Azərbaycanın bu sahədə nailiyyətlər əldə etməsi ilə yanaşı, sağlam gəncliyin yetişməsində də mühüm rol oynayır.

Yeniyetmə və gənc idmançıların məşq prosesini izləyən Baş direktor onlara gələcək idman yarışlarında qələbələr arzu edib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər