Cəmiyyət

Azərbaycana gətirilən pomidor toxumlarında zərərli orqanizm aşkarlanıb

Azərbaycana gətirilən pomidor toxumlarında zərərli orqanizm aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

“Azilaqro” MMC və “Azərbaycan Toxumçuluq Təsərrüfatı” MMC tərəfindən təsərrüfata faydalı sınaqların həyata keçirilməsi məqsədilə ölkəmizə idxal olunan “İstek” (50 qram) və “Parola” (2,997 kq və 0,126 kq) sortu olan pomidor toxumlarından agentlik müfəttişləri nümunələr götürərək ekspertiza və analizlərin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim ediblər. Müayinələr nəticəsində karantin tətbiq olunan zərərli orqanizm – pomidor meyvələrinin qonur qırışıqlıq virusu (“Tomato brown rugose fruit virus”) aşkarlanıb.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq zərərli orqanizmlə sirayətlənmiş toxum partiyalarının ixracatçı ölkəyə geri qaytarılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunub. Toxum partiyaları məhv edilib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər