Azərbaycanlı futbolçu Rüfət Dadaşov Almaniyada klubunu dəyişib.
31 yaşlı hücumçu “Şalke-2”dən “Berlin “Dinamo”suna keçib. Məlumatı paytaxt təmsilçisinin rəsmi saytı yayıb.
Almaniyanın Şimal-Şərq Regional Liqasında çıxış edən klub forvardla imzalanan müqavilənin detallarını açıqlamayıb.
Azərbaycan millisinin sabiq üzvü 2017-2018 mövsümündə də “Dinamo”da çıxış edib və 29 oyuna 29 qolla komandanın bombardiri olub.