Dünya

Polşa iki il ərzində Avropanın ən güclü ordusunu yaratmağa hazırlaşır

Polşa iki il ərzində Avropanın ən güclü quru ordusunu yaradacaq. 

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bunu baş nazirin müavini və milli müdafiə naziri Mariuş Blaşak deyib.

“Biz iki il ərzində Avropanın ən güclü quru ordusunu yaratmaq üçün düzgün yoldayıq”, – o deyib.

Nazirin sözlərinə görə, Amerikanın ilk Abrams tankları may ayında Polşa ordusuna təhvil veriləcək. “Məqsədimiz Abrams tankları ilə təchiz olunmuş çox güclü hərbi hissə yaratmaqdır”, – nazir deyib və əlavə edib ki, həmin ay Polşa ABŞ-dan 300 km-ə qədər uçuş məsafəsinə malik ilk HIMARS reaktiv buraxılış raket sistemlərini alacaq.

Baş nazirin müavini həmçinin Polşa ordusuna Amerikanın 96 AH-64 Apache hücum helikopterinin çatdırılmasını hədəf kimi göstərib.

Polşa hakimiyyətinin planlarına uyğun olaraq müasir Amerika hərbi texnikasının tədarükü NATO-nun şərq cinahını gücləndirməli və “Brest qapıları”nın etibarlı müdafiəsini təmin etməlidir. Polşada respublikanın şərqində Varşava və Belarusiya Brestini ayıran uzunluğu təxminən 180 km olan düz bir ərazini belə adlandırırlar. Polşa hərbçiləri onu təbii maneələrin olmaması səbəbindən hipotetik hərbi münaqişədə müdafiə üçün həssas yer hesab edir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin