Dünya

Polşa qətliama görə Rusiyanın strateji şəhərinin adını rəsmi olaraq dəyişdirdi

Polşa hökuməti Rusiyanın Kalininqrad şəhərinin adını rəsmi olaraq Krulevetsə dəyişib.

Müvafiq qərar Polşa Respublikasından kənarda coğrafi adların standartlaşdırılması üzrə respublikanın baş geodeziyaçısı yanında komissiya tərəfindən qəbul edilib.

Bildirilir ki, hazırda Kalininqrad adını daşıyan şəhər Polşada ənənəvi Krulevets adı ilə tanınır, indiki adı isə süni şəkildə yaradılıb, şəhərin özü, yaxud regionla əlaqəsi yoxdur.

Həmçinin qeyd edilir ki, Polşa sərhədləri yaxınlığında yerləşən şəhərin polyakları qırmağı əmr edən Mixail İvanoviç Kalininin adını daşıması ölkə sakinləri tərəfindən emosional və mənfi qəbul edilir.

Komissiya öz qərarında dövlətin mədəni irsini təşkil edən ənənəvi adlardan öz dilində istifadə etmək hüququnu vurğulayıb. Qeyd olunur ki, ölkə öz dilində qəbuledilməz adlar işlətməyə məcbur edilə bilməz.

Mənbə: Vzqlyad

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin